Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi: Qadın özünü üçüncü mərtəbədən atdı - VİDEO
Ev sahibi mənzili təmizləməyə gələn təmizlik işçisinə qarşı əxlaqsız hərəkətlər edib. Sakinləriddiaedirlər ki, çıxılmaz vəziyyətdə qalan qadın özünü binadan atıb. Ağır bədən xəsarətləri alan qadının beli sınıb. Avtosfer.az xəbər verir ki, Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb. Hadisə bir neçə gün əvvəl Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi Mirəli Seyidov küçəsində yerləşən 21 nömrəli yaşayışbinasında baş verib. Məlumata görə, həmin binada yaşayan 27 yaşlı kişi evə gələn təmizlik işçisinə qarşı əxlaqsız hərəkətlər edib.Çıxılmaz vəziyyətdə qalan qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb. Faktı həmin binanın sakinləri də təsdiqləyiblər. Sakinlərinin sözlərinə görə, sözügedən qadın paytaxtdakı təmizlik şirkətlərindən birinin işçisi olub. Həmin ünvanada sifarişlə mənzili təmizləmək məqsədi ilə gəlib. Hadisə nəticəsində Zəminə Məmmədova ağır bədən xəsarətləri alıb. O dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. İlkin baxış zamanı onun bel sümüyünün sındığı müəyyən edilib. Sakinlərin sözlərinə görə həmin şəxs polis tərəfindən saxlanılıb. (xezerxeber)
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












