Bakıda avtobus sürücüləri “avtoşluq” etdilər - VİDEO

Sərnişin avtobusu magistral yolda yüksək sürətlə hərəkət edir. Avtosfer.az xəbər verir ki, saatda 120 ilə gedən avtomobil qarşıdakı sərnişin avtobusuna çata bilmir. Görüntülər Aeroport yolunda lentə alınıb. Videonu çəkib göndərən sürücü iddia edir ki, Koroğlu Mübadilə Mərkəzindən Bakı kəndlərinə işləyən 136 və 171 nömrəli avtobuslar yolda bir birləri ilə ötüşür. Görüntülərdən aydın görünür ki, avtobus sürücülərinin ikisi də bir müddət hərəkəti sol zolaqda davam etdirillər.
Sərnişinlər deyir ki, sözügedən avtobuslarda sürət həddinin aşılması artıq adi hala çevrilib.
Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz.Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.
Ekspertlər bununla bağlı xəbərdarlıq edir. Çünki belə sürücülər sərnişinlərin də həyatını təhlükəyə atır. Əgər avtobusun qarşısına qəfil hər hansı maneə çıxarsa belə bir vəziyyətdə ağır faciənin baş verməsi qaçınılmazdır.
Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki, sözügedən video ilə bağlı məlumat nəzarətə götürülüb və araşdırılır.Qurumdan onu da bildirdilər ki,videoda iddia edildiyi kimi sərnişin avtobusları yüksək sürətlə idarə edilməyib.Belə bir hal aşkarlananda agentlik tədbir görülməsi üçün zəruri addımlar atır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












