Bakıda avtobus sürücüsünü 25 qəpiyə görə döydülər – VİDEO

Paytaxtdakı avtobuslardan birində sürücü ilə sərnişin arasındakı mübahisə soradan davaya çevrilib. Bununla bağlı kadrlar lentə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə 125 saylı marşrut üzrə hərəkət edən avtobusda baş verib. Avtobusa uşağı ilə minmək istəyən qadınla sürücü arasindakı mübahisə gediş haqqı üstündə yaranıb. Belə ki, sürücü qadından usağa görə də əlavə 25 qəpik ödəməyi tələb edib. Lakin sərnişin sürücünün bu tələbini yerinə yetirmək istəməyib. Bu zaman salondakı sərnişinlərdən biri yaxınlaşaraq uşaq üçün də gediş haqqı ödəyib. Qadin sərnişin yenə mübahisəsini davam etdirərək sürücüyə "sən mənə 25 qəpik borclusan" deyib. Sürücü də öz növbəsində bildirib ki, ödənişi edən oğlan ödəməyəydi.
Bundan sonra oğlan və dostları sürücü ilə mübahisə etməyə başlayıblar. Sürücü onları mübahisəni sonuncu dayanacaqda davam etdirəcəyi ilə bağlı hədələyib. Sürücünün yoluna davam etməsi oğlanların aqresivləşməsinə səbəb olub. Hadisə şahidlərinin dediyinə görə, onlar marşrut hərəkətdəykən sürücüyə hücum ediblər. Sürücünün döyülməsinə digər sərnişinlər çətinliklə də olsa mane ola biliblər.
Qeyd edək ki, dava zamanı avtobusun şüşəsi sındırılıb.
“Bakubus” MMC-dən bildirilib ki, sürücü artıq hüquq mühafizə orqanlarına müraciət edib. Bundan əlavə şirkət tərəfindən də müvafiq sənədlər hazırlanır ki, polisə təqdim edilsin.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirib ki, məsələ araşdırılır. Nəticəyə uyğun olaraq daşıyıcı tərəfindən tədbir görüləcək.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












