Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO

Küçə itlər iki uşağa hücum edib, birinin dodağını, digərinin əlini dişləyib. Avtosfer.az xəbər verir ki, hadisə Bakıda, Xəzər rayonunda baş verib. Xəsarət alan uşaqların vəziyyəti hazırdanormaldır. Yaşayış massivinin sakinləri isəərazidə sahibsiz itlərin çox olmasından narahatdırlar. Onlar aidiyyatı qurumlardan problemin həllini tələb edirlər. Bakıda sahibsiz itlər uşaqlara hücum edib. İtlər uşaqlardan birinin dodağını, digərinin isə əlini dişləyib. Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi "İkinci yeni sahə" adlandırılan ərazidə baş verib. Zibillikdə toplanan sahibsiz itlər Mələk İbrahimova ilə Ramal Hüseynliyə hücum edərək onlara xəsarət yetirib. Sakinlər deyirlər ki, sahibsiz itlər təkcə balacalara yox, elə böyüklərə də qənim kəsilib. Massivdə zibil qutuları olmadığından, məişət tullantıları hara gəldi atılır. Bu da sahibsiz itlərin həmin əraziyə toplanmasına səbəb olur. Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Buzovna qəsəbə nümayəndəliyindən bildirildi ki, bir neçə dəfə sözügedən ərazidən sahibsiz itlər yığılaraq aparılıb və bu tədbirlər davam etdiriləcək. Bələdiyyədən isə bildirildi ki, bir ay ərzində həmin əraziyə zibil qutuları qoyulacaq.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












