Bakıda heyvanı maşına bağlayıb sürüyən sürücü cərimələndi - FOTO-VİDEO
Paytaxtın Məhəmməd Xiyabani küçəsində iribuynuzlu heyvana işgəncə verən sürücünün görüntüləri yol polisi tərəfindən dərhal nəzarətə götürülüb və cəmi bir neçə saat sonra sürücü tapılaraq məsuliyyətə cəlb edilib. Bu barədə Avtosfer.az-a məlumat verən Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib ki, video saytlarda və sosial şəbəkələrdə yayılandan sonra DYP rəhbərliyi bunun araşdırılmasına göstəriş verib. Aparılan araşdırmalar zamanı məlum olub ki, iyunun 9-da Xiyabani küçəsində hərəkətdə olan 10-LO-913 qeydiyyat nişanlı "Qazel" markalı avtomobilin sürücüsü, 43 yaşlı Kərimov Rüstəm Elbruz oğlu heyvanı avtomobilin arxasına bağlayaraq sürüyüb aparıb. Sürücü günün ikinci yarısında saxlanılaraq DYP-yə dəvət olunub. Əvvəlcə heyvanın maşının arxasınca sürünməsindən xəbərsiz olduğunu deyən R.Kərimov sonradan törətdiyini xətanı etiraf edib. Onun barəsində Yasamal rayon DYPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.2. - ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə tətbiq edilib.
Elmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO















