Bakıda iki sərnişin özünü yola atıb avtobusu saxlatdırmaq istədi - VİDEO
“BakuBus” MMC-yə məxsus avtobusun yoluna iki nəfərin çıxması nəticəsində təhlükəli vəziyyət yaranıb. Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 25-i saat 06:16-da 21 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus “28 May” metrostansiyasının qarşısından “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edərkən Nobel prospektində qeydə alınıb. Yola çıxan iki nəfər avtobusun saxlanılmasını istəyib. Bu zaman avtobus üçün qəza şəraiti yaradan həmin şəxslər öz həyatlarını da təhlükə altında qoyublar. Sürücü qəzadan yayınaraq hərəkəti davam etdirdiyi vaxt isə yola çıxanlardan biri əli ilə avtobusa zərbə endirib. İki nəfərin yola çıxaraq avtobus üçün qəza şəraiti yaratması digər avtomobillərin hərəkətinə də mane olub.
“BakuBus” MMC vətəndaşları avtobusların yoluna çıxmamağa, nəqliyyat vasitələrinin hərəkətinə mane olmamağa, həmçinin, öz həyatlarını təhlükə altında qoymamağa çağırır. “BakuBus” MMC-yə məxsus avtobusun yoluna iki nəfərin çıxması nəticəsində yaranan təhlükəli vəziyyətə dair görüntünü təqdim edirik:
Namiq
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














