Bakıda küçəni zibilləyən "AA" seriyalı “Mercedes”in sürücüsü cəzalandırıldı - VİDEO

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, “Mercedes” markalı, 99-AA-160 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə (nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılması) əsasən inzibati protokol tərtib edilib. Onun barəsində inzibati tənbeh növü kimi cərimə tətbiq olunub.
***
Paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində qayda pozan sürücünün hərəkəti avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 25-də səhər saatlarında baş verib.
Videodan görünür ki, 99-AA-160 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əlindəki zibili asfalta atıb.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən, yollara və yol qurğularına tullantı atılmasına görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 4000 manat cərimə edilə bilər.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












