Bakıda qadın müştərinin yanında cinsi orqanını çıxaran sürücü haqqında QƏRAR VERİLDİ - VİDEO

Bu ayın əvvəlində Bakıda taksi sürücüsünün əxlaqsızlığa yol verdiyi barədə məlumat dərc etdik. O, avtomobili idarə edən zaman cinsi orqanını çıxararaq əli ilə seksual xarakterli hərəkətlər etmişdi. Sürücünün yanında əyləşən qadın sərnişin bunu mobil telefonu vasitəsilə lentə alaraq ictimailəşdirdi. Sözü gedən xəbər insanlar tərəfindən qəzəblə qarşılandı və onun qısa zamanda cəzalandırılmasını tələb etdi. Qadın sərnişinin sürücünün necə çəkdiyi cəmiyyətdə sual doğursa bu cavabsız qalmayıb. Belə ki, o, sükan arxasında əyləşən şəxsin hərəkətlərinin fərqinə vardığı zaman maşını saxlatdıraraq oradan qaçmaq istəyib, amma baş verənləri isbat edə bilməyəcəyini düşünüb. Həmin sürücünün əməlini telefonu ilə videoya çəkməyə başlayıb. Daha sonra həmin görüntülərlə eyni zamanda Xırdalan şəhər polis idarəsinə müraciət edib. Avtosfer.az xəbər verir ki, minval.info həmin gün məsələ ilə bağlı Xırdalan şəhər polis idarəsi ilə əlaqə saxlayıb. İdarədən verilən məlumata görə, hadisə ilə bağlı onlara həqiqətən də şikayət daxil olub: "Hazırda bu şəxsin kimliyini araşdırırıq. Ən qısa zamanda nəticə ilə bağlı sizə məlumat verəcəyik". Əldə etdiyimiz məlumata görə, taksi sürücüsü saxlanıldıqdan bir müddət sonra sərbəst buraxılıb. Bununla əlaqədar Abşeron Rayon Polis İdarəsinə zəng vurduq. Dəfələrlə sürücü barədə informasiya almağa çalışsaq da cəhdlərimiz boşa çıxdı. İşin hansı yerdə olduğu barədə məlumat verə bilməyəcəklərini söylədilər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












