Bakıda qadın piyada keçidinin yaxınlığında vuruldu – FOTO-VİDEO
Bu gün axşam saat təxminən 22:40 radələrində paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası törədilib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Səbail rayonu Salyan şossesində, Dövlət Bayrağı Meydanı yaxınlığında qeydə alınıb. Belə ki, 10 OE 003 dövlət nömrə nişanlı, “Grand Cherokee” markalı avtomobillə yolu keçən orta yaşlı qadın vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisə piyada keçidinin 20 metrliyində baş verib.
Hadisə yerinə Səbail rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib. Hadisəni törədən Xətai rayon sakini Vüqar Ağayev adlı şəxsdir. O, avtomobili xarici ölkədən alınan sürücülük vəsiqəsi ilə idarə edib. Hadisəni törədən sürücü saxlanılıb və araşdırmalar aparılır.
Elmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
















