Bakıda sağdan ötmə edən sürücü yolda dayanmış “VAZ”a çırpıldı - ANBAAN VİDEO

Bakı-Sumqayıt yolunda baş vermiş yol qəzası anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə qəzaya səbəb olan sürücü sosial şəbəkə hesabında paylaşım edib. Hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-YN-807 dövlət nömrə nişanlı “BYD” markalı avtomobil, 20-CD-398 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşınla toqquşub. Kadrdan görünür ki, görüntünü qeydə alan sürücü hərəkətdə olduğu zolaqdan birbaşa ən sağ zolağa manevr edir və bu zaman yolda dayanmış “VAZ”a çırpılır. Hadisə baş verməzdən öncə “VAZ” və “Tofaş” markalı avtomobillərin yolun ortasında dayandıqları aydın şəkildə əks olunub.
Xatırladaq ki, sağdan ötmək yol hərəkəti qaydalarına görə qadağandır. Bunun əsas səbəbi, belə manevrin digər sürücülər üçün gözlənilməz vəziyyət yaratmasıdır.
Adətən sürücülər ötməni soldan gözləyir və sağ tərəfdən yaxınlaşan avtomobili görməyə bilər. Bu zaman ani dönmə və ya zolaq dəyişmə hallarında ciddi qəza riski yaranır. Sağdan ötmə xüsusilə dar və hərəkətin sıx olduğu yollarda toqquşma ehtimalını artırır.Bu qayda sürücülərin təhlükəsizliyini qorumaq məqsədilə tətbiq olunur. Yalnız çoxzolaqlı yollarda və ya qarşıdakı avtomobil sola dönərkən sağdan keçməyə icazə verilir.
Eyni zamanda, yolun ortasında dayanaraq bir-biri ilə danışan sürücülər də qayda pozublar. Bu, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur və qəza riskini artırır. Sürücülər dayanmaq istədikdə avtomobili yalnız yol kənarında və ya dayanma üçün icazə verilən hissədə saxlaya bilərlər.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












