Bakıda sürücüdən əxlaqsızlıq: Qadın müştərinin yanında… – VİDEO 18+
Bakıda taksi sürücüsündən əxlaqsız addım. Avtosfer.az minval.info-ya istinadən xəbər verir ki, Bakının "Şamaxinka" kimi tanınan ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərən şəxs qadın müştərisinə qarşı əxlaqsız hərəkət edib. Belə ki, 99-FD-996 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü "Şamakinka"dan Masazır qəsəbəsinə müştəri aparıb. Xanım sərnişin arxa oturacaqda bəylərin olacağını düşünərək ön tərəfdə əyləşib. Hər şey də bundan sonra baş verib. Əxlaqsız sürücü yolboyu cinsi orqanını çıxararaq əli ilə seksual xarakterli hərəkətlər edib. Xanım sərnişin bunun fərqinə vardığı zaman maşını saxlatdıraraq oradan qaçmaq istəyib, amma baş verənləri isbat edə bilməyəcəyini düşünüb və həmin sürücünün hərəkətlərini telefonu ilə videoya çəkməyə başlayıb. Daha sonra həmin görüntülərlə Xırdalan şəhər polis idarəsinə müraciət edib. Məsələ ilə bağlı Xırdalan şəhər polis idarəsi ilə əlaqə saxladıq. İdarədən verilən məlumata görə, hadisə ilə bağlı onlara həqiqətən də şikayət daxil olub: "Hazırda bu şəxsin kimliyini araşdırırıq. Ən qısa zamanda nəticə ilə bağlı sizə məlumat verəcəyik". Bəhs olunan görüntüləri məhdudlaşdırılmış halda sizlərə təqdim edirik:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












