Bakıda sürücülər əlbəyaxa oldular – Qorxulu anların VİDEOSU
Bakının Nərimanov rayonu “Gənclik” metrosunun çıxışında sürücülər arasında dava olub. Avtosfer.az yenicag.az-a istinadən xəbər verir ki, 21 may 21:53 radələrində ”Gənclik” metrostansiyasının çıxışındakı dayanacaqda 202 nömrəli avtobusun sürücüsü ilə 33 nömrəli avtobusun sürücüsü əlbəyaxa olublar.
Buna səbəb 33 nömrəli avtobusun dayanacaqda olan 202 nömrəli avtobusa dəyərək qəza törətməsi olub. Hadisə nəticəsində 202 nömrəli avtobusun güzgüsü qırılıb. Sürücü qarşı tərəfin üzərinə atılaraq güzgünün pulunu tələb edib. Nəticədə əsəblərini cilovlaya bilməyən sürücülər arasında əlbəyaxa dava düşüb. Hadisənin ani baş verdiyini bildirən 33 nömrəli avtobusun sürücüsü də qarşı tərəfə qarşılıq verərək “söhbət”ə çəkib. Başverənlərdən qorxan sərnişinlər avtobusu tərk edib onları sakitləşdirməyə çalışsalar da, vəziyyət daha da pisləşib. 20 dəqiqə davam edən davada sərnişinlərin və orada yaşayan sakinlərin köməyi ilə sürücüləri ayırmaq mümkün olub. Zərərçəkən sürücü digər avtobusun güzgüsünü sökərək özünə götürüb. Daha sonra idarə etdikləri avtobuslara minən sürücülər hadisə yerindən sürətlə uzaqlaşıblar.
Sözügedən anın videosunu sizə təqdim edirik:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












