Bakıda yeni dələduzluq növü - Aptekdə satıcı belə aldadılır - VİDEO

50 manat pulu əczaçıya uzadır. Həmin vaxt başqa bir dərmanın da onlarda olub olmamasını soruşaraq pulu yenindən qaytarıb pulqabına qoyur. Görüntülər paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsindəki apteklərdən birinin təhlükəsizlik kamerasına düşüb. Zərərçəkmiş aptek sahibi deyir ki, qadının fırıldağından axşam saatlarında kassadakı pulu hesablayarkən xəbər tutublar. Belə ki, aptekin sahibi satılan dərmanların müqabilinmdə pulun az olduğunu görüb. O, əczaçı ilə birlikdə təhlükəsizlik kameralarına baxıblar.
Bu zaman aydın olub ki, təxminən 30-35 yaşlı bir qadın apteka daxil olur. O, sağ tərəfdə vitrindən bir ədəd müalicəvi şampun götürərək kassaya yaxınlaşır. O, əczaçıya 4 manat 60 qəpik olan şampun üçün 50 manat pul uzadır. Bu zaman başqa bir dərman adını da ondan soruşur. Əczaçının başının qarışığ olmasından istifadə edən qadın 50 manatı qaytarıb pulqabına qoyur.
Əczaçı isə elə zənn edir ki, müştəri pulu ona verib. Əvəzində şampunu və 46 manat 40 qəpik pulu ona verir. Fırıldaqlığ edən qadın aptekdə kameraların olduğunu bildiyi üçün o, çıxarkən üzünü sanki gizlədir. Zərərçəkmişin sözlərinə görə, onlara 50 manat məbləğində ziyan dəyib.
Aptek sahibi məsələ ilə bağlı polisə müraciət edəcəyini bildirib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












