Bəzi şəxslər parklanma yerlərindən pulsuz istifadə edə bilər - VİDEO

Vətəndaş parklanma yerinin yaxınlığında yaşayırsa, müraciəti əsasında duracaq yeri ona pulsuz parketmə talonu verməlidir. Avtosfer.Az bildirir ki, bu, "Yol hərəkəti haqqında" qanunda öz əksini tapıb. Ancaq təcrübədə qanunun bu tələbi demək olar ki, icra olunmur.
"Yol hərəkəti haqqında" qanunun 53-cü maddəsinə əsasən, parklanma yerlərinin yerləşdiyi küçədə yaşayan sakinlər öz avtomobillərini müraciət etməklə duracaq yerlərində pulsuz olaraq saxlamaq hüququna malikdirlər.
Bununla bağlı paytaxtda yerləşən bir sıra duracağa baş çəkdik. Ancaq duracaq sahibləri belə bir qaydanın tətbiq edilmədiyini bildirdilər. Qış parkındakı duracağın səlahiyyətli şəxslərindən birinin dediyinə görə, duracaq yeni yaradılanda yaxınlıqda yaşayanlara icra hakimiyyəti tərəfindən "qonşuluq paketi" adı altında aylıq 15, 20, 25 manatlıq endirimlər təqdim olunub. Ancaq 2 ildən sonra bu endirim də ləğv olunub. Yəni hazırda duracaqdan pulsuz olaraq istifadə edən yoxdur.
Hüquqşünas Xəyal Bəşirov deyir ki, duracaqlara qoyulan bu tələbin icrası məcburidir və bundan imtina qanunun açıq şəkildə pozulması deməkdir.
Qış parkının altındakı duracağın yaxınlığında yaşayan sakinlər qanunda belə bir tələbin olduğundan xəbərsiz olduqlarını, bu tələb yerinə yetirilərsə parklanma ilə bağlı paytaxtda vəziyyətin önəmli dərəcədə dəyişə biləcəyini deyirlər.
Onu da qeyd edək ki, dövlət başçısı 2017-ci il fevralın 23-də imzaladığı fərmanla Nazirlər Kabinetinə Bakıda duracaqlardan səmərəli istifadə və onun qiymətlərinin müəyyən olunması ilə bağlı təkliflər hazırlanması ilə bağlı tapşırıqlar verib. Bu tapşırığın icrası ilə vətəndaşların pulsuz duracaq probleminin də həll ediləyi gözlənilir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












