BNA tıxac və digər problemlərin həlli layihələrinin icrasını davam etdirir - VİDEO
Bakı Nəqliyyat Agentliyi tıxac və digər problemlərin həllini nəzərdə tutan layihələrin icrasını davam etdirir. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, şəhərin əsas nəqliyyat yükünü özündə cəmləşdirən yollarda hərəkətə mane olan amillərin aradan qaldırılması işləri görülür. Bu çərçivədə daha bir yolda, Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılmasına dair işlər yekunlaşıb. Ərazidə aparılan müfəssəl təhlillərə əsasən, hazırlanan plana uyğun olaraq, yerüstü piyada keçidinin yaxınlığında yolun hər iki istiqamətində yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilib. Əvvəllər mövcud olan dayanacaq məntəqələrindən bir qədər irəlidə yeni cib tipli dayanacaq məntəqələri təşkil edilib, pavilyonlar qoyulub, müvafiq nişanlanma işləri görülüb. Bununla yanaşı, yerüstü keçidin hər iki hissəsində səki boyunca dəmir məhəccərlər vurulub ki, bu da piyadaların yolu pərakəndə halda keçməsinin qarşısını almaq məqsədi daşıyır. Xatırladaq ki, Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində piyada keçidinin qarşısında günün pik saatlarında yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilirdi. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərin avtomobilinin keçidin yanındakı dayanacaq məntəqəsini zəbt etməsi ərazidə sıxlığın yaranmasına səbəb olurdu. Axşam pik saatlarda Zabrat istiqamətində yolda yaranan sıxlıq Sabunçu yol qovşağında hərəkətin intensivliyinə ciddi maneə yaradırdı. Analoji vəziyyət səhər pik saatlarda Heydər Əliyev prospekti istiqamətində müşahidə edilirdi. Dayanacaq məntəqəsi zəbt edildiyindən sərnişinlər avtobusa yolun hərəkət hissəsində minib-düşürdülər ki, bu da onların təhlükəsizliyi baxımından çətinliklər yaradırdı. Lakin qeyd edildiyi kimi, görülən işlər nəticəsində nəqliyyat axınına maneə yaradan məqamlar artıq aradan qaldırılıb. Məlumat üçün bildirək ki, Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində yerləşən dayanacaq məntəqələrinə gün ərzində 21 marşrut xətti üzrə avtobuslar daxil olur.
Namiq
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












