“Bolt” gənclər üçün daha bir layihəyə start verib – ŞİRKƏTDƏN AÇIQLAMA - VİDEO

Avtosfer TV 12 May 2026 12:11
“Bolt” gənclər üçün daha bir layihəyə start verib – ŞİRKƏTDƏN AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə olun

“Bolt Akademiya” gənclər arasında yol təhlükəsizliyi və şəhər infrastrukturu sahəsində innovativ ideyaların təşviqi məqsədilə yeni müsabiqəyə start verib.

Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayımdaykən məlumat verib. O bildirib ki, layihə yaradıcı düşünən tələbələr və gənclər üçün öz ideyalarını təqdim etmək və real layihəyə çevirmək imkanı yaradır.

“Müsabiqə çərçivəsində universitet və peşə məktəblərində təhsil alan gənclər yol təhlükəsizliyi və şəhər mühitinin yaxşılaşdırılması ilə bağlı ideyalarını təqdim edə bilərlər. Seçilmiş layihələr ekspertlər və geniş auditoriya qarşısında təqdim olunacaq, həmçinin mentor dəstəyi ilə inkişaf etdiriləcək.

Bolt nümayəndəsinin sözlərinə görə, təşəbbüsün əsas məqsədi gəncləri təhlükəsizlik mövzusunda daha aktiv iştirak etməyə təşviq etmək və onların ideyalarını real həllərə çevirməkdir.

“Yol təhlükəsizliyi yalnız texnologiya ilə deyil, həm də insanların düşüncə və yanaşması ilə formalaşır. Bu təşəbbüslə biz gənclərə öz ideyalarını paylaşmaq və şəhərlərin daha təhlükəsiz olmasına töhfə vermək imkanı yaradırıq.”

Proqram iştirakçılarına aşağıdakı imkanları təqdim edir:

●             ideyanı geniş auditoriya və potensial investorlar qarşısında təqdim etmək imkanı;

●             sahənin peşəkarlarından mentorluq və praktiki tövsiyələr;

●             seçilmiş layihələrin real tətbiq imkanlarının araşdırılması.

Müsabiqə üç mərhələdən ibarətdir. İlk mərhələdə təqdim olunan müraciətlər arasından ən perspektivli 10 ideya seçiləcək. Bu komandalar 14 may tarixində “Sea Breeze2də keçiriləcək təhlükəsizlik tədbirində öz layihələrini təqdim edəcəklər.

İkinci mərhələdə münsiflər heyəti tərəfindən ən yaxşı 3 layihə müəyyən ediləcək və bu komandalar “Bolt Akademiya” ilə birgə əməkdaşlıq çərçivəsində layihələrini daha da inkişaf etdirəcəklər.

Son mərhələdə isə seçilmiş iştirakçılar üçün fərdi mentorluq sessiyaları təşkil olunacaq və onların ideyalarının real layihələrə çevrilməsi imkanları nəzərdən keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər 12 may 2026-cı il tarixinədək [email protected][email protected] elektron ünvanına müraciət edə bilərlər.

Eyni zamanda aprel ayından etibarən Azərbaycanda “Bolt” istifadəçiləri “Bolt Plus” xidmətinə abunə ola biləcəklər. Aylıq 4,99 AZN abunə haqqı ilə təqdim olunan bu xidmət istifadəçilərə taksi və çatdırılma sahəsində əlavə üstünlüklər təqdim etməklə yanaşı, gündəlik səfərlərdə həm vaxta, həm də pula qənaət imkanı yaradır.

“Bolt Plus” üzvləri seçilmiş restoran və mağazalardan minimum sifariş məbləğini keçən sifarişlərdə çatdırılma haqqı ödəmədən sifariş verə biləcəklər. Bu, istifadəçilərə hər sifarişdə əlavə üstünlüklərdən yararlanmağa imkan verir. Bundan əlavə, “Bolt Plus” üzvlərinin sifarişlərinə prioritet verilir və bu da sifarişlərin daha tez çatdırılmasını təmin edir.

“Bolt Plus” üzvlüyü həmçinin taksi xidmətləri üçün də üstünlüklər təqdim edir. Bolt vasitəsilə sifariş verən istifadəçilər üçün prioritet xidmət təqdim olunur.  Müştərilər həmçinin hava limanı, planlaşdırılmış və premium səfərlər üzrə 15% cashback, bütün digər kateqoriyalar üzrə isə 10% cashback əldə edirlər. Bu məbləğ “Bolt Balance” hesabına köçürülür və ödəniş üsulu kimi istifadə oluna bilər.

“Bolt Food”un Azərbaycandakı ofisinin rəhbəri Dilarə Tomtiyeva bildirib:

“”Bolt Plus”, istifadəçilərimizin Bolt ilə təcrübəsini daha da yaxşılaşdırmaq üçün təqdim etdiyimiz növbəti addımdır. Bu xidmət vasitəsilə gündəlik ən çox istifadə olunan “Bolt” xidmətlərini əhatə edən əlavə üstünlüklər təqdim edir və istifadəçilərə həm vaxta, həm də pula qənaət etməyə imkan yaradırıq.”

“Bolt Plus” üzvlərinin çatdırılma haqqı ödəmədən sifariş verə biləcəyi restoran və mağazalar tətbiqdə “+” işarəsi ilə qeyd olunur. Bundan əlavə, istifadəçilər xidmət haqqına endirim və “Bolt+ həftələri” çərçivəsində tərəfdaş restoranlarda əlavə endirimlərdən də yararlana bilirlər.

Qeyd edək ki, yeni “Bolt Plus” istifadəçiləri üçün ilk ay pulsuz təqdim olunur, bundan sonra aylıq abunə haqqı 4,99 AZN, illik abunə haqqı isə 39 AZN təşkil edir.

“Bolt”un taksi xidmətləri Azərbaycanda 41 şəhərdə mövcuddur. “Bolt Food” ölkəmizin 10 şəhərdə fəaliyyət göstərir. “Bolt Plus” üzvlüyü Bolt xidmətlərinin mövcud olduğu bütün ərazilərdə keçərlidir”.

Səfər

Oxunub : 418
ŞƏRH YAZ
Ad

E-mail

Şərh