“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO

Uzun müddətdir ki, taksi sürücüləri gediş haqlarının aşağı olması ilə bağlı narazılıqlarını bildirirdilər. Bununla əlaqədar dəfələrlə sosial şəbəkələrdə paylaşım edən sürücülər bir sıra hallarda müştərini götürmək üçün də uzun məsafə qət etməli, əvəzində isə gediş haqqının çox aşağı olduğunu vurğulayırdılar.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı taksi sürücülərinə şad xəbər verib. “Bolt” şirkətinin yaydığı məlumatı sürücülərin diqqətinə çatdıran ekspert bildirib ki, bir neçə gün əvvəl xidmətin istifadəçisi olan şəxslərə SMSM bildirişi gəldiyini qeyd edib.
“ “Bolt” sürücüləri şirkətin onların fəaliyyəti ilə bağlı yenilik barədə məlumat yayıblar. Bildiriblər ki, iki gündür şirkətdən gedişhaqqında 10% artımın olacağı barədə bildiriş xarakterli SMS gəlir. Məlumata görə, bu gündən isə qiymət artımı tətbiq edilib. Platforma üzərindən göstərilən taksi xidmətlərində gedişhaqqı bir sıra amillər əsasında formalaşır. Bu amillərə yol hərəkətinin sıxlığı, sifarişə olan tələbat və mövcud avtomobillərin sayı, marşrutun məsafəsi, yanacaq xərclərinin artması, eləcə də tənzimləyici mühitdə baş verən dəyişikliklər daxildir. Hazırda tətbiq olunan qiymət yenilənməsi ümumilikdə 10%-ə qədər təşkil edir və regiondan asılı olaraq 5–10% arasında dəyişə bilər.
Bu dəyişikliklər bütün şəhərlərə şamil edilmir və yalnız müvafiq şəhərlərdə fəaliyyət göstərən sürücülər bu barədə tətbiq daxilində bildirişlər alıblar. Qiymət dəyişiklikləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir.
Yəni əvvəllər taksi sürücüləri əvvəllər 10 manata getdikləri yolu bundan sonra 11 manata gedəcəklər.
Səfər
“Lapatka” ilə avtomobillərə hücum edib 5 maşına ziyan vurdu – Cinayət işi açıldı - VİDEO
Gəncə prospektində moped sürən gənclər təhlükəli “şou” göstərdi - VİDEO
Gənc baykerin polislərlə qorxulu qaçdı-tutdu oyunu qəza ilə başa çatdı - VİDEO
Bu yolda təhlükəli vəziyyət yaranıb: Asfalt çökür... - VİDEO
Sərxoş yeniyetmə avtomobil qaçırdı – Cərimə və həbs cəzası alacaq - VİDEO
Qayda pozub polisdən qaçan gənc sürücü sürəti 160-a qaldırdı – Qəzada 4 aylıq körpə... - VİDEO
Anası maşında ola-ola 2 yaşlı uşaq təhlükə yaratdı - VİDEO
“Dayanacaq nişanı var, avtobus yoxdur” - Sürücüyə yazılan cərimə müzakirə yaradır - VİDEO
FHN-in işçiləri “Minib-düşmə yeri”ni zəbt etdi - Sürücülər əziyyət çəkir - AÇIQLAMA - VİDEO
Yol polisləri maşını saxlayıb sürücünü döydü: sakinlər çəkib paylaşdı - VİDEO
AAYDA-nın təmir etdiyi yol deşik-deşik olub - SÜRÜCÜLƏRDƏN ŞİKAYƏT - VİDEO










