Bu əraziyə nəzarət yoxdur? - Tıxac, qanunsuz parkinq, 2-3 sıra saxlayan avtobuslar - VİDEO

Bakının Əhmədli qəsəbəsindən "Qara Qarayev" metrostansiyası və əks istiqamətdə demək olar ki, günün bütün saatlarında tıxac olur. Xüsusilə metrostansiyaların yanında. O cümlədən "Xalqlar dostluğu" ticarət mərkəzinin qarşısı tıxacdan əskik olmur. Avtosfer.az-a şikayət edən sakinlər deyirlər ki, artıq bu durumla barışmağa məcburdurlar. Ona görə də işə vaxtında çatmaq üçün evdən tez çıxırlar. Səbəb isə çox sadədir. Ərazida avtobus dayanacaqlarını zəbt edən maşınlar və 2-3 sıra saxlayan avtobuslar.
Üç zolaqlı yolun bir zolağını parkinqə çeviriblər. Hətta avtobus dayanacaqları belə zəbt olunub. Eyni zamanda avtobuslar da yolun ikinci və bəzən 3-cü zolağını tuturlar. Bu isə tıxaca səbəb olur. 200 metr yolu bəzən yarım saata keçmək olmur. Çünki park edənlər öz işlərində, avtobuslar da növbə gözləyir. Biri çıxan kimi digəri yolu kəsir.
Bu vəziyyət daha çox "Xalqlar dostluğu" metrostansiyasının ətrafında cərəyan edir. "Neftçilər" metrostansiyasında da eyni durumdur. Sadəcə burada Qara Qarayev istiqamətində yolun kənarı geniş olduğu üçün uzun tıxac yaranmır. Amma əks istiqamətdə eyni hal yaşanır. "Qara Qarayev" metrostansiyasının ətrafı da tıxac olur.
Deməli Əhmədlidən çıxıb yeni təmir olunmuş yol ilə cəmi 5-6 dəqiqəyə Koroğlu metrostansiya istiqamətinə, orda da Ziya Bünyadov, yaxud Heydər Əliyev porspektinə çıxmaq olar. Amma 3 yerdə tıxaca düşən sürücü bu yolu ən azı yarım saat, qırx dəqiqəyə gedə bilir.
Vətəndaşlar şikayət edir ki, bu ərazidə Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarını görmək olmur. Sanki bu tərəflərin onlara aidiyyatı yoxdur. Nə avtobuslar, nə də qanunsuz park edənlər tənzimlənmir.
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












