Bu kadrlar sizi şoka salacaq: sürücü görün nə etdi.... - VİDEO

Sürücü bu dəfə avtomobilin yük yerinə hər hansı bir əşya yox, üç azyaşlını mindirib. Uşaqların həyatını təhlükəyə atan sürücü , bu vəziyyətdə hərəkətin intensiv olduğu yolda bir neçə kilometr hərəkətdə olub. Məsələdən xəbərdar olan ,Baş Dövlət Yol Polisi İdarəsi həmin sürücünün aşkar edilərək cərimələnəcəyini bildirir. Azyaşlıları avtomobilin yük qoyulan hissəsində aparır. Avtosfer.az xəbər verir ki, sürücünün sözlərinə görə, o, həmin kadrları Gəncə şəhəri ərazisində çəkib.Kadrlardan aydın olur ki, ''25-BG-012'' dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə 3 azyaşlı oğlan uşağını mindirib. O, hətta uşaqlara hava gəlsin deyə yük qapısının arasına taxta parçası qoyub. Üstəlik o, avtomobillərin intensiv hərəkət etdiyi yolda gedir. Bu da azyaşlılar üçün təhlükənin nə qədər böyük olmasından xəbər verir. Uşaqlar isə arxadan gələn sürücünün onları çəkdiyini görən kimi əl etməyə başlayırlar. Qaydaları kobud şəkildə pozan sürücü bu şəkildə bir neçə kilometr yol gedir. Görüntüləri izləyən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirdi ki, sürücü burda sərnişindaşıma qaydasını pozub. O, həmin avtomobilin sürücüsünün yol polisi tərəfindən aşkar edilərək, barəsində 60 manat və 3 cərimə balı tərtib ediləcəyini bildirdi.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












