Bu küçədə sakinlər illərdir asfaltsız yoldan əziyyət çəkir - Şikayətlərə baxılmır - VİDEO

Paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsi Saleh Hüseynzadə küçəsində yollar istifadəyə yararsızdır.
Mövcud problemlə bağlı sakinlərdən biri Avtosfer.az-a videomaterial göndərib. Şikayətçinin sözlərinə görə, xüsusilə əlverişsiz hava şəraitində yoldan keçmək çətinləşir. Belə ki, qarlı, yağışlı havada yol tamamilə palçıq olur və yaranmış vəziyyət həftələrlə davam edir. Bu da piyadalarla yanaşı, sürücülərin hərəkətinə əngəl törədir. Şikayətçi yağış, qar sularının yoldakı çuxurlara dolaraq kiçik gölməçələr yaratdığını bildirib. Sakin problemlə bağlı lazımi quruma dəfələrlə müraciət etdiklərini əlavə edib.
Üzərimizə düşən öhdəliyi yerinə yetirərək daha bir yaşayış sahəsindəki yol problemini işıqlandırdıq. İllərdir davam edən bu məsələnin qısa zamanda aidiyyəti qurum tərəfindən həll olunacağına ümid edirik.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












