Bu küçədə yol nişanı yoxdur: Sürücülər hər an təhlükə ilə üz-üzədir - VİDEO
Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov və Dadaş Bünyadzadə küçələrinin kəsişməsində yol hərəkəti nişanlarında problemlər var. Bununla bağlı Avtosfer.az saytına ərazidə yaşayan sakinlərdən müraciət daxil olub. Müraciətdə qeyd olunur ki, qeyd olunan küçələrin kəsişdiyi yerdə üstünlük nişanı yoxdur. Bu da sürücülərə ciddi problem yaradır.
Bildirilir ki, əvvəllər D. Bünyadzadə küçəsində "Yol ver" nişanı olub, amma təmirdən sonra nişan yerinə qoyulmayıb. İndiki vəziyyətdə isə kəsişmə nizamlanmayan yol ayrıcı olduğu üçün sağ tərəfdən, yəni D.Bünyadzadə küçəsindən gələnlər üstünlüyə malikdir. Ancaq hamı elə əvvəlki qaydalarla avtomobil idarə edir və Ə.Əhmədov küçəsini baş yol kimi qəbul edir. Ərazidə istənilən an qəza ola bilər.
Müraciətdə bildirir ki,13.09.2018 tarixində məsələ ilə bağlı BDYPİ rəhbərliyinə elektron qaydada müraciət olunub. Oradan da işin aidiyyatı üzrə BNA-ya yönləndirilməsi ilə bağlı cavab məktubu gəlib. 09.10.2018 tarixində BNA-dan gələn cavab məktubunda isə qeyd olunub ki, əraziyə baxış keçirilib və nişanların quraşdırılması müvafiq hesab edilib. Müəyyən zaman ərzində ərazidə nişanlar quraşdırılacaq. Vətəndaşlar isə hər an qəza baş verə biləcəyindən narahatdır.
Ərazidən çəkilmiş videonui təqdim edirik:
Kənan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












