Bu maşınlar telefonlara bənzəyir, hər il... - L9 və Zeekr-in aqibəti necə olacaq? - VİDEO

Yeni təqdim edilən “ZEEKR X9” avtomobili sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İzləyicilərin əksəriyyəti avtomobilin dizaynını və salonunu tərifləsə də, avtoekspert Şahin Göyləroğlu bu məsələyə fərqli baxış bucağından yanaşıb.
Avtosfer.az xəbər verir ki, avtoekspert Şahin Göyləroğlu bu cür modellərin davamlı deyil, keçici tendensiyalar yaratdığını bildirib.
Ekspertin sözlərinə görə, bir il əvvəl “Lİ9” modeli haqqında da eyni reaksiyalar olmuşdu.
“Yeni maşın çıxıb, biri “ZEEKR X9”. Möhtəşəm maşınmış, içi belə, çölü belə, super bir şey. Yadınıza gəlir, tam bir il bundan qabaq “Lİ9’” haqqında da belə deyirdik — möhtəşəm, gözəl. Amma indi onu unutmusan. Bax, bu cür maşınlar belədir. Sabah “Geely” çıxacaq, növbəti gün “Huawei” çıxacaq, sonra “Xiaomi”. Gündə biri gələcək, biri gedəcək.”
Şahin Göyləroğlu qeyd edib ki, bu avtomobilləri almaq istəyi normal olsa da, onları bir “mədəniyyət” kimi qəbul etmək doğru deyil:
“Əgər pulunuz varsa və sevirsinizsə, ala bilərsiniz. Amma bu, bir mədəniyyət deyil, bu, bir ardıcılıq deyil. Bu, gündə çıxan telefona bənzəyir. Mən sizə necə deyim ki, get, arxayın bu modeli 7 il sürəcəksən? Qardaş, ildə dəyişir, 10 dənə istehsalçı var. Nə tər bunlara rəy bildirəsən?”
Ekspert əlavə edib ki, bu cür modellər bazara çox sürətlə daxil olur və hər yeni model əvvəlkini unutturur:
“Keçəlin sürdüyü “Lİ”ni unuttunuz, indi “ZEEKR” gəldi. Sabah “Geely”, “Chery”, sonra “Huawei”, daha sonra da “Xiaomi” gələcək. Nə bilim mən dalınca nə gələcək?! Ona görə qərarı hər kəs özü versin.”
Eltac Zülfüqaroğlu
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












