Bu zolaqlara girib düz gedən sürücülər “yandı”: DYP kütləvi cərimələyir - VİDEO
Son günlər Dövlət Yol Polisinin elektron vasitələri iki və daha çox hərəkət zolağı olan yollarda məcburi hərəkət istiqamətlərini göstərən yol nişanlarının tələblərini pozan sürücülərin barəsində kütləvi şəkildə elektron protokollar (MMX) tərtib etməyə başlayıb. Avtosfer.az xəbər verir ki, bu cür qayda pozuntuları Bakıda kütləvi yayılıb. Xüsusən hərəkətin intensiv olduğu saatlarda sürücülər iki və daha çox zolaqlı yollarda “Ancaq sağa” və ya “Ancaq sola” işarələrinin tələblərini pozaraq həmin zolaqla düzünə hərəkət edirlər.
Məsələn, virtualaz.org bu günlərdə Üzeyir Hacıbəyov və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində kameralar tərəfindən qeydə alınan görüntüləri əldə edib. Kadrlardan da görünür ki, təxminən 1 dəqiqəyə yaxın vaxt ərzində yalnız sağa hərəkətə icazə verilən zolaqda 11avtomobil düzünə hərəkət etməklə qaydanı pozub. Qaydanı pozan bütün sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci - yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat cərimə edilirlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, əslində bu məsələ qanunla çoxdan tənzimlənir və buna görə cərimə də var. Amma nişanlanmalar da qaydasında olmalıdır ki, sürücülər səhv eləməsinlər: “Əgər yol çoxzolaqlı yoldursa, həmin yolda hərəkət istiqamətləri fərqlidirsə, onda yolayrıcında 5.8.1 nişanı qoyulmalıdır. Cəmi iki zolaq varsa, bu nişan yolun sağında qoyulur. Yox əgər həmin istiqamətdə 3 və daha çox zolaq varsa, həmin nişan asfaltın üstündə yuxarıdan asılmalıdır. Bundan başqa, standarta görə, asfaltın üstündə ən azı iki ox çəkilməlidir. Amma yolda intensivlik çoxdursa 3 və daha çox dəfə çəkilməlidir. Nişanlanma xətlərində elə problemlər ola bilər ki, sürücü onu dərk edə bilməz. Əgər nişanalmalarla bağlı səhvlər varsa, hərəkət düzgün təşkil olunmayıbsa, sürücü onu qavramayıbsa, ona cərimə yazıla bilməz".
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev isə həm nişanlama xətlərinin, həmdə nişanların eyni qüvvəli olduğunu deyir. Yəni yolda nişanlama xətti varsa və sürücü onu görərək yoldan çıxmırsa, o mütləq cərimə olunur: “Əksər yollarda biz yuxarıda - görünən yerdən istiqamətləri bildirən 1.18 nişanlarını asırıq. Amma elə yollar var ki, bunu etmək mümkün olmur. O zaman yolda nişanlama xətləri olur və bu bir neçə dəfə təkrarlanır. Əgər sürücü səhv zolağa daxil olubsa, o zaman dayanıb hərəkətə maneə yaratmamalı, daxil olduğu zolaqla, icazə verilən istiqamətdə hərəkət etməlidir”.
Bu qanun pozuntusuna görə niyə əvvələr cərimə tətbiq olunmurdu, son vaxtlar tətbiq olunur? K.Əliyev həmçinin bu suala da aydınlıq gətirib:“İndiyə qədər niyə cərimə yazılmırdı arqumenti düzgün deyil. Çünki əvvəl olmayan çox şeylər var ki, indi var. Məsələn, əlavə zolaqlar sonradan salına bilər, həmin yollarda kameralar sonradan qoyula bilər. Bu ona bənzəyir ki, əgər yolda inspektor dayanıbsa, onda qayda pozmaq olmaz, dayanmayıbsa qaydanı pozmaq olar? Bu düzgün deyil, əgər qanun qadağan edirsə, qanuna əməl etmək lazımdır”.
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO










