“Bunu görmədim” deyən sürücülər cərimələnəcək - VİDEO
Əvvəl qayda pozarkən mütləq şəkildə elektron protokol ünvana göndərilirdi və müəyyən müddətdən sonra bu qayda pozuntusu barədə cərimə sistemə vurulurdu. Avtosfer.Az ARB TV-yə istinadən xəbər verir ki, bəzən bu məktubların ünvanlara çatdırılmasında problemlər yaranırdı. Nəticədə bir çox cərimələr sistemə otursa da, qərarsız olurdu. Bunu görən Dövlət Yol Polisi bu qaydalara müəyyən dəyişiklik etmək qərarına gəlib. Artıq qayda pozuntuları barədə bildiriş SMS şəklində də sürücülərin telefonlarına göndəriləcək.
Bundan sonra yol hərəkəti qaydalarını pozan sürücülərin mobil telefon nömrələrinə yönəldilən SMS-lər, yaşayış ünvanına göndərilən məktubla eyni hüquqda tutulacaq. Bu, yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələrdə, radar və ya kameralarda qeydə alınan qayda pozuntularına şamil edilir.
Məsələ ilə bağlı danışan ekspert Elməddin Muradlı bildirib ki, qanun məktubla SMS-i eyni səviyyədə tutur: “İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə əsasən SMS alan sürücü elə qəbul etməlidir ki, yaşadığı ünvana məktub gətirilib verildi. Qanun məktubla SMS-i eyni səviyyədə tutur. Mesajı oxuyub kənara qoymaq artıq düzgün deyil. Siz bu mesajı aldığınızda cəriməni ödəyə yaxud haqlı olduğunuz halda 20 gün müddətində cəriməyə etirazınızı bildirə bilərsiniz”.
Əgər elektron qərar qayda pozuntusundan bir neçə gün sonra göndərilirsə, gec göndərilmiş mesaja görə sürücü cavabdeh deyil. Bu, qanunvericiliyin yeni tələblərinə daxildir. Cərimələr gecikdirildiyi halda məbləğə hər gün bir faiz əlavə olunacaq.
E. Muradlının sözlərinə görə, 20 gündən sonrakı 5 gündə 10 faiz endirim olunur: “Əlli manat qayda pozuntusunun 45 manatını ödəyirsiniz. Beş gün qanun sizə limit verir. Yəni 25 günə ödəsəniz, 10 faiz güzəşt ediləcək. Əlli gün müddətində cəriməni tam ödəməlisiniz. 52-ci gün artıq cərimənin üzərinə faiz gələcək”.
Yeni qaydalara əsasən sürücünün ASAN ödəniş sistemində elektron kabineti varsa, həmin kabinetə də bildiriş mesajı göndərilir. Cərimələri telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi mümkündür.
Qırmızıdan keçən 15 yaşlı sürücü ağır qəza törətdi - VİDEO
"İnfiniti" dayanacağa çırpıldı; 3 yaralı - VİDEO
WUF13-ün üçüncü günü qonaqlar üçün nələrlə yadda qaldı? – AÇIQLAMA - VİDEO
Avtoyuma məntəqəsində işləyən xanım yolun ortasında bıçaqlandı – VİDEO (18+)
Nömrəsiz “07” ilə “şou” göstərən sürücü yenidən CƏZALANDIRILDI - VİDEO
Qadın sürücü qazla tormozu səhv saldı; piyadanı vurub öldürdü - VİDEO
Moped sürən gənc yolun ortasında rəqs edib “şou” göstərdi - VİDEO
Yolun ortasında evakuator gözləyən sürücünü maşın vurub öldürdü - VİDEO
Oğurladığı motosikletlə polisdən qaçan gənc qəza törətdi - Düşüb piyada qaçdı - VİDEO
Qaranlıq yolda avtomobillərin üzərinə sürüb ölüm təhlükəsi yaratdılar - VİDEO
Polis rəisinin keçmiş müavini keçiddən keçən uşaqları vurdu – Həbs olunmadı - VİDEO










