Çay evlərinə gələnlər tıxac yaradır - VİDEO
Axşam saatlarında paytaxt Bakının müxtəlif ərazisində sürücülərin məsuliyyətsizliyi ucbatından sıxlıq yaşanır. Avtosfer.az bildirir ki, belə ərazilərdən biri də Xətai rayonu, Afiyəddin Cəlilov küçəsidir. Burada yerləşən müxtəlif çay evlərinə gələn vətəndaşlar avtomobillərini parkinqlərdə yox, yolun ortasındakı təhlükəsizlik adacığında və hərəkət hissəsində saxlayırlar. Bu isə müxtəlif hissələrə aparan yolları daraldır. Demək olar ki, hər gün axşam saatlarında, hərəkətin pik olduğu vaxtda bu mənzərə yaşanır. Yaxınlıqda məşhur əyləncə mərkəzinin dayanacağı olsa da, bəzi sürücülər maşınlarını yolun ortasında saxlamağa üstünlük verirlər. Sözügedən ərazidə avtomobillərin park edilməsinə icazə verən heç bir nişan yoxdur. Əksinə, parkinqi qadağan edən nişanlanma xətti var, amma üzərində maşınlar dayandığından onu axşam lentə almaq mümkün olmadı. Avtomobillərin bir hissəsi təhlükəsizlik adacığının içərisində, bir qismi isə yolun ortasında saxlanıldığından Xətai metrosu, eləcə də mərəkəzə doğru aparan yol xeyli daralır. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov etiraf edib ki, Afiyəddin Cəlilov küçəsində sözügedən ərazi də daxil olmaqla şəhərin müxtəlif hissələrində sürücülərin avtomobillərini qanunsuz park etmələri nəticəsində sıxlıq yaranır. Bölmə rəisi ərazidə araşdırma aparılacağını bildirib. Vaqif Əsədov deyib ki, bu tipli məsələlərdə sürücülərin də üzərinə böyük məsuliyyət düşür.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












