Daha bir avtobus qatarla toqquşacaqdı: Dəmiryolları BNA-nı təkzib etdi – VİDEO

Sərnişin avtobusu dəmiryolu xəttini keçmək istəyərkən şlaqbaum açılaraq avtobusun üzərinə düşüb. Görüntüləri isə yaxınlıqda şahidlərdən biri çəkərək sosial şəbəkədə paylaşıb. Hadisə Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Metronun "Koroğlu" stansiyasından Binə qəsəbəsi istiqamətinə hərəkət edən 160 nömrəli marşrut avtobusu dəmiryolu xəttini keçmək istəyərkən şlaqbaum açılaraq avtobusun üzərinə düşüb. Bundan sonra isə qatar gəldiyindən avtobus dayanıb və yoluna davam etməyib. Hadisə zamanı ölən və xəsarət alan olmasa da bu məsələ yenidən dəmiryolu xətti yaxınlığında təhlükəsizlik məsələlərini gündəmə gətirir. Hadisə ilə bağlı 160 nömrəli marşrut avtobusunun sürücüsü Nicat Mahmudov iddia edir ki, avtobus dəmiryolu keçidinə yaxınlaşarkən görünmə sahəsi məhdud olduğundan qatarın gəldiyindən xəbəri olmayıb. Onun sözlərinə görə, ərazidə şlaqbaum açıq olub və işıqfor işləməyib. Buna görə də o, yoluna davam edib. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, həmin ərazidə şlaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb. Onun sözlərinə görə, əgər avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun üstündə olmazdı.
Baş vermiş hadisəyə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən də münasibət bildirilib. Qurumun sözcüsü Sevinc Qədirova deyib ki, sürücü işıqforun tələblərinə məhəl qoymayaraq keçidi keçmək istəyib. Nəticədə də şlaqbaum açılaraq avtobusun üzərinə düşüb. Qatar gəlməmişdən bir neçə saniyə öncə isə həyəcan siqanalı verib. Ancaq sürücü buna məhəl qoymayıb. "Hər bir halda avtobus və ya digər nəqliyyat vasitələrinin sürücüləri istər görünən, istərsə də görünməyən dəmiryolu keçidlərindən keçən zaman sürəti azaldıb sağa və sola baxmalıdırlar",-deyə Sevinc Qədirova bildirib.
Qeyd edək ki, bir müddət əvəvl sözügedən ərazidə baş vermiş avtobus qəzasında 3 nəfər ölmüş, 40 nəfər yaralanmışdı.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












