Daşıyıcı şirkətlərin məsuliyyətsizliyi: Sürücülər hansı kriteriyalarla seçilir? – VİDEO

Son vaxtlar baş verən avtobus qəzalarından aydın olur ki, daşıyıcı şirkətlərin əksəriyyəti sürücü seçərkən ciddi məsuliyyətsizliyə yol verirlər. Qəzada iştirak edən sürücülərin bəziləri narkotik aludəçisi, bəzilərinin isə əvvəllər məhkumluq həyatı yaşadığı üzə çıxır. Bəs kimlər avtobus sürücüsü ola bilər? Şirkətlər onları hansı tələblər əsasında işə qəbul etməlidir? Avtosfer.az-ın məlumatına görə, Binə qəsəbəsində baş vermiş dəhşətli qəza avtobus sürücülərinin hansı tələblər əsasında işə götürülməsi məsələsini gündəmə gətirir. Görünən odur ki, əksər daşıyıcı şirkətlər bu məsələdə ciddi məsuliyyətsizliyə yol verirlər. Bunun nəticəsində isə ağır sonluqlar qaçılmaz olur. İki gün əvvəlki qəzada 2 nəfərin ölümü, 34 nəfərin ağır yaralanması buna bariz nümunədir. Araşdırmalar zamanı avtobusun sürücüsü Elxan Şirəliyevin əvvəllər yol qəzasına görə cəza cəkdiyi məlum olmuşdu. Faktlar bununla da bitmir. Ötən il Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücü Namiq Hüseynovun isə mikroavtobusu etibarnaməsiz idarə etdiyi aşkarlanmışdı. Bakıda 202 saylı sərnişin avtobusunun sürücüsü İlkin Tağıyevin isə sükan arxasında narkotik maddə qəbul etməsi görüntüləri isə buna başqa bir nümunədir. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülərin işə qəbulu, onlarla əmək münasibətlərinin tənzimlənməsi birbaşa daşıyıcı şirkətlər tərəfindən həyata keçirilir. Buna baxmayaraq, Agentlik mütəmadi olaraq həmin sürücüləri təlimlərə cəlb edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyib ki, avtobus idarə etmək üçün mütləq həmin şəxsin "D" və ya "DE" kateqoriyalı sürücülük vəsiqəsinin olması şərtdir. Ancaq burada başqa tələblər də var. Ekspert onu da qeyd edib ki, sürücü seçərkən həm də onun sərnişinlərlə normal münasibət qura bilmə qabiliyyəti nəzərə alınmalıdır. Qanunvericiliyin tələbinə əsasən isə, yaşı 23-dən az olan şəxslər avtobus sürücüsü işləyə bilməz.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












