Dörd rayonda ağır qəzalar baş verib: 3 ölü, 13 yaralı var - VİDEO
Qazaxda minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib. Avtosfer.az-ın məlumatına görə, ağır qəza Qazaxın İkinci Şıxlı kəndi ərazisində baş verib. Kənd sakini, 51 yaşlı Azad Abbasov Qaymaqlı kənd sakini, 43 yaşlı Həmid Mustafayevin idarə etdiyi minik avtomobili tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib. Sürücü isə hadisə yerindən qaçsa da, bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Salyanda baş verən qəzada da bir nəfər dünyasını dəyişib. Hadisə səhər saatlarında Ələt-Astara magistralının Kürsəngi kəndindən keçən hissəsində qeydə alınıb. Lənkaran sakini, 48 yaşlı Bəxtiyar Əzizov "Kürsəngi" körpü qovşağının altındakı yolun kənarında özünə məxsus minik avtomobilinin təkərini dəyişən zaman Bakı sakini, 33 yaşlı Ramiz Babayevin idarə etdiyi minik avtomobili arxadan onun maşınına çırpılıb. Bəxtiyar Əzizov hadisə yerində dünyasını dəyişib. Digər avtomobildə olan sərnişin, paytxatın Qaradağ rayon sakini, 35yaşlı Xəyal Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Abşeronda isə minik avtomobilinin mikroavtobusla toqquşması ölümlə nəticələnib. Ağır qəza Bakı-Quba yolunda baş verib. Sumqayıt sakini Beydulla Yunusovun idarə etdiyi minik avtomobili Emin Həsənovun sükan arxasında olduğu mikroavtobusla toqquşub. Sürücü Beydulla Yunusov və onun avtomobilində olan sərnişin, Ceyranbatan qəsəbə sakini Zərifə Məhərrəmova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq Zərifə Məhərrəmovanın həyatını xilas etmək mümkün olmayıb.
Cəlilabadda minik avtomobillərinin toqquşması nəticəsində 11 nəfər xəsarət alıb. Hadisə Şivələngə və Abaşabad kəndlərinin kəsişməsindəki sərt döngədə baş verib. Rayon sakini, 44 yaşlı Əkbər Kərimov idarə etdiyi minik avtomobili ilə Şatırlı kəndinə toya gedərkən yas mərasimindən qayıdan, 65 yaşlı İbrahim İbişovun sükan arxasında olduğu minik maşını ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü və avtomobillərdə olan 9 sərnişin müxtəlif xəsarətlər alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO










