DYP və DANX Ağdamda birgə reyd keçirib - Qanunsuz sərnişindaşıma - VİDEO
Ağdam rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları Dövlət Avtomobil Nəqliyyatı xidmətinin əməkdaşları ilə birlikdə Ağdamın Quzanlı qəsəbəsi ərazisində qanunsuz sərnişin daşımağa qarşı reyd keçirib. Reyd zamanı sənədləri qaydasında olmayan, icazəsiz sərnişin daşıma ilə məşğul olan bir neçə sürücü aşkarlanıb. Reyddə bir sıra qalmaqallı hallar yaşanıb.
Bəzi sürücülər sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün haradan sənəd almaq lazım olduğunu bilmədiklərini deyiblər. Bəzən isə sərnişinlər dövlət Avtomobil Nəqliyyat xidmətinin əməkdaşlarına hücum çəkərək təzyiq göstəriblər. Lakin Ağdam Rayon Polis şöbəsinin və Dövlət Yol Polis İdarəsinin əməkdaşları sərnişinləri son duracağa qədər mənzil başına çatdırıblar.
Bəzilərini isə yenidən avtovağzala qaytararaq qanuni fəaliyyət gösətərən digər mikroavtobuslarla mənzil başına gemələrinə şərait yaradıblar. Bu kimi reydlər respublikanın digər bölgələrində də keçiriləcək. Əsas məqsəd sərnişindaşıma sahəsində çatışmazlıqları aradan qaldırmaq, sürücüləri maarifləndirmək və onların qanun tələblərinə əməl etməyə çağırmaqdır.
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












