DYP yaşlı qadının üzərinə maşın sürən şəxsi niyə "tapmır"? - VIDEO
Daimi oxucularımızdan birinin redaksiyamıza göndərdiyi video gürüntüdən məlum olur ki, may ayının 22-də saat 22:01 radələrində, paytaxtın Nobel prospektində hərəkətdə olan 99-XS-375 qeydiyyat nişanlı avtomobilin sürücüsü, avtomobili yüksək sürətlə idarə edərək piyada keçidindən keçən yaşlı qadının üzərinə sürmüş və görüntülərə baxdıqda üzərinə gələn avtomobili görən yaşlı qadın özünü həyəcanla piyada keçidindən səkiyə son anda çatdıraraq qorxu dolu baxışlarla maşının arxasınca baxıb.
Bu hala görə mənəvi cəhətdən sarsılan fəal oxucumuz, qeyd edilən nəqliyyat vasitəsinin sürücüsünə işıqforda öz haqlı iradını bildirməsinə baxmayaraq sürücü etdiyi əməldən heçbir peşmançılıq hissi duymadığını bildirib. Bundan sonra həmin sürücü yenədə qaydaları kobud şəkildə pozaraq avtomobili yüksək sürətlə idarə edib və ziq- zaqvari hərəkətlər edərək həmin yerdən uzaqlaşıb.
Görüntüləri qeydə alan sürücü mayın 23-də həmin sürücü barədə DİN-ə şikayət ərizəsi ünvanlayıb. Həmin ərizə Xətai Rayonu DYPB-nə yönləndirilsədə, qayda pozan sürücü barədə heç bir tədbir görülməyib. Xətai rayon DYPB-nin vətəndaşa göndərdiyi cavabda qeyd olunub ki, "99-XS-375 qeydiyyat nişanlı avtomobilin sürücüsünün müəyyən edilməklə barəsində qanuna müvafiq tədbir görüləcək".
Lakin o vaxtdan indiyə kimi Xətai DYPB-i həmin qayda pozan sürücünü məsuliyyətə cəlb etmir.
Bu sürücü aşkar şəkildə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozur, cəmiyyətə açıqca hörmətsizlik ifadə edir, yol hərəkəti qaydalarını kobud şəkildə pozur və günahsız insanların həyatın təhlükə qarşısında qoyur.
Ümid edirik ki, bu məsələylə bağlı ciddi məşğul olub avtoxuliqanlıq edən sürücünü aşkar edərək barəsində qanunamüvafiq tədbir görəcəklər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














