DYP zabiti Məzahir Əsədovun qanunsuz əməlləri: İDDİA - FOTO - VIDEO
Bakı şəhər DYP idarəsinin Hərəkətin İdarəetmə şöbəsinin inspektoru, polis-mayoru Məzahir Əsədov barədə Avtosfer.az saytına sürücülər tərəfindən çoxsaylı şikayətlər daxil olub. Sürücülər qeyd edir ki, həmin polis əməkdaşı şikayəti düzgün araşdırmır və vətəndaşın xeyrinə olmayan qərar verir.
Bakı şəhər sakini Elvin Məcidov Avtosfer.az-a etdiyi şikayətdə bildirir ki, idarə etdiyi 10-SH-143 qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobillə iyulun 7-də saat 14:49 radələrində paytaxtın Heydər Əliyev prospektinin sağ hərəkət hissəsiylə 60 km saat sürətlə hərəkət etdiyi vaxt, E-patrul sistemi ilə protokol tərtib olunaraq, guya 78 km/saat sürətlə hərəkət etdiyi qeyd olunub. Sürücü iddia edir ki, onun arxasıyca gələn avtomobil yüksək sürətlə hərəkət etdiyinə görə, həmin avtomobilin sürəti onun idarə etdiyi avtomobilə təyin edilərək qanunsuz olaraq protokol tərtib olunub. Videogörüntülərə baxış keçirəndə gözlə aydın şəkildə görmək olur ki, sürücü bu məsələdə həqiqətən də haqlıdır.

Sürücü sağ zolaqla asta sürətlə hərəkət edir və qəfildən sol zolaqla qara avtomobil onu ötüb keçir. E-patrul, xüsusi texniki vasitə kimi bəzən səhv edərək başqa avtomobilin sürətini qayda pozmayan avtomobilin üzərinə vurur.



Təcrübədə bu kimi hallar tez-tez baş verir. Sürücülər bu cür hallardan şikayət etdikdə onların şikayəti təmin edilərək protokola xitam verilir. Lakin sürücü Elvin Məcidovun şikayəti nədənsə təmin edilmir.
Daha bir Bakı şəhər sakini sürücü Orxan Cəfərov onun barəsində qanunsuz tərtib olunmuş protokoldan DYP-ya şikayət edib. Lakin Məzahir Əsədov onun haqlı şikayətini təmin etməyərək qərarı qüvvədə salxayıb.
Belə ki, O.Cəfərov idarə etdiyi 99-BE-444 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə aprelin 19-da paytaxtın Dilarə Əliyeva küçəsində qaydalar çərçivəsində durduğu halda, YPX inspektoru tərəfindən, guya dayanma-durma qaydasını pozduğuna görə cərimələnib.

Sürücü Avtosfer.az-a bildirib ki, yolun sağındakı binanın qarajından çıxaraq kəsişmə yerindən sağa dönüb və avtomobili park edib. Bu zaman polis əməkdaşları ona protokol tərtib edib. Fotoşəkildən də görünür ki, həmin kəsişmə yerində 3.27 dayanma-durmanı qadağan edən nişan yoxdur. Əgər yolun başlanğıcında nişan varsa, kəsişmə yerində də nişan olmalıdır. Kəsişmə yerində nişan yoxdursa sürücü haradan bilməlidir ki, yolun başlanğıcında nişan var?

Yollarımızı tapmacaya çevirib, sonra qanunsuz olaraq protokol tərtib edirlər və sonda sürücü şikayət edəndə Məzahir Əsədov kimi polis əməkdaşları sürücünün haqlı şikayətini təmin etmir.
Ümid edirik ki, DYP rəhbərliyi bu məsələ ilə bağlı ciddi ölçü götürəcək.
TƏBRİZ YUSUBOV
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














