Əhali üçün sürpriz yenilik – PULUN 10-15%-İ QAYTARILACAQ - VİDEO
İldən-ilə ölkəmizdə vergidən yayınma hallarının qarşısını almaq,eləcə də nağdsız ödənişləri genişləndirmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Vergilər məcəlləsinə ediləcək dəyişikliklər onlardan biridir.Belə ki, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin əlavə dəyər vergisinin bir hissəsi vətəndaşa qaytarılacaq.
Avtosfer.az xəbər verir ki, ölkəmizdə nağdsız ödənişlərdən istifadəni genişləndirmək,eləcə də vergidən yayınmaq hallarının qarşsıını almaq üçün Vergilər Məcəlləsinə dəyişikliklər gözlənilir. Belə ki, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin ƏDV-sinin bir hissəsi vətəndaşa qaytarılacaq.
Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edəcək. İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması üçün alışverişin çeki tələb edilməlidir
İqtisadçının sözlərinə görə geriödəmələrin hansı formada reallaşdırılacağı ilə bağlı müxtəlif mexanizmlər nəzərdən keçirilə bilər.
Rəşad Həsənov deyir ki, dəyişikliklərin ticarət və ictimai iaşə obyektlərinə ciddi təsiri olmayacaq. Çünki geriödəmələrin dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcəyi proqnozlaşdırılır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












