Ehtiyatsızlıq 3 nəfərin ölümü ilə nəticələndi - VİDEO

Astarada şəkil çəkdirmək istəyən gənc dənizə düşərək boğulub.
Avtosfer.Az xezerxeber.az-a istinadən bildirir ki, bədbəxt hadisə Astaradakı park-bulvarda baş verib. Rayonun Səlivə kənd sakini Tərlan Şükürov dəniz kənarındakı çimərlik kimi istifadə olunmayan ərazidə, daşların üzərində durub şəkil çəkdirərkən ehtiyatsızlıqdan dənizə yıxılıb. Müxtəlif xəsarətlər alan Tərlan Şükürov suda boğularaq dünyasını dəyişib.
Ətrafdakı insanların köməkliyi ilə meyit sudan çıxarılaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
İsmayıllı sakini isə yük maşınından yıxılaraq ölüb. Rayonun Lahıc qəsəbə sakini, 51 yaşlı Məmmədağa Allahyarov yük avtomobilinə ot yığarkən ehtiyatsızlıq edib və avtomobilin üstündən yerə yıxılıb. Ağır kəllə-beyin travması alan Məmmədağa Allahyarov təcili tibbi yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Ağstafa sakinini isə balıq tutarkən elektrik cərəyanı vurub. Hadisə rayonun Eynallı kəndində baş verib. 34 yaşlı İlkin Mahmudov kəndin ərazisindəki su kanalında elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən cərəyan onu vuraraq öldürüb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












