Əlini sükandan çəkib oyuncaq tapança ilə qayda pozan bloger saxlanıldı - DYP-dən açıqlama - VİDEO

Bakı şəhəri Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, sürücü barəsində qanunvericiliyə müvafiq olaraq tədbir görülüb.
***11 iyul, 18:00
“TikTok”da 600 mindən çox izləyicisi olan tanınmış fenomen Nailə Nəcəfli yol hərəkəti qaydalarını ciddi şəkildə pozub. İdarəetmə zamanı qeyri-ciddi davranışı ilə həm özü, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri elə onun özü tərəfindən “TikTok” platformasında paylaşılıb. Kadrlarda görünür ki, Nailə Nəcəfli 77-YJ-102 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobili ilə paytaxtın mərkəzi küçələrindən biri olan Vaqif prospektində avtomobil idarə edərkən bir əli ilə sükanı saxlayır, digər əli ilə isə oyuncaq köpük tapançası vasitəsilə ətrafdakı sürücülərə “atəş açır”. O, maşının pəncərəsindən kənara çıxardığı tapança ilə köpükləri digər avtomobillərə tuşlayaraq onların diqqətini yayındırır. Bu anlarda nəinki sürücülərin diqqəti dağılır, həm də yol təhlükəsizliyi ciddi təhdid altına düşür.
Daha da təhlükəlisi isə dönmə manevri etdikdən sonra baş verir. Nailə Nəcəfli digər əlini də sükan arxasından çəkərək avtomobilin pəncərəsini qapatmağa çalışır. Bu davranış nəinki yol hərəkəti qaydalarına, eyni zamanda elementar sürücülük məsuliyyətinə tamamilə ziddir.
Qanunvericiliyə əsasən, avtomobil idarəetməsi zamanı təhlükəli davranışlara yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyır. Xüsusilə idarəetmə zamanı hər iki əlin sükan üzərində olmaması və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhdid edən hallarda cərimə və ya sürücülük hüququndan məhrumetmə tədbirləri tətbiq oluna bilər.
Fidan
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












