Evakuator sürücüsü qaydanı belə pozdu - VİDEO

Şəmkirdə evakuator sürücüsü qaydanı kobud şəkildə pozaraq digər sürücülər üçün təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, qayda pozuntusunu Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində arxada hərəkətdə olan avtomobilin sürücüsü tərəfindən qeydə alınıb. Görüntülərdən də aydın olur ki, həmin nəqliyyat vasitəsinin sürücüsü evakuatorun yük yerinə istismara yararsız avtobusu qoyaraq daşıyır. Məsələ burasındadır ki, daşınan yük avtomobilin bort hissəsindən nəzərdə tutulan ölçüdən kənara çıxıb.
Görüntülərlə tanış olan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, sürücü belə vəziyyətdə "Yol hərəkəti haqqında" qanunun 57-ci maddəsini, yəni yükdaşıma qaydalarını kobud şəkildə pozub. Nəticədə də həmin yolda olan nəqliyyat vasitələrinin sürücüləri üçün təhlükəli vəziyyət yaranıb."Yol hərəkəti haqqında" qanuna görə, belə sürücünü yol polisi 40 manat miqdarında cərimə edə bilər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












