Evinizi kirayə verərkən nəyə diqqət yetirməlisiniz? - VİDEO
Əvvəllər demək olar ki, evini müqavilə ilə kirayə verənlər yox idi. Ancaq son zamanlar bəzi turistlərin evlərə maddi ziyan vuraraq getməsindən sonra ev sahibləir mənzillərini müqavilə ilə verməyə başlayıblar. Yeni illə bağlı kirayə qiymətlərində də artım var.
Son vaxtlar turist axının çoxalması nəticəsində onlara ev kirayə verilən zaman bir sıra problemlər ortaya çıxıb. Belə ki, müqaviləsiz verilən evləri yararsız hala salan bəzi turistlərə qarşı hansısa hüquqi tədbir görmək mümkün olmayıb. Bu hadisələrdən sonra eyni problemlə üzləşmək istəməyən mənzil sahibləri artıq evlərini notariusda təsdiq edilmiş müqavilə ilə kirayə verməyə başlayıblar.
Avtosfer.az xəbər verir ki, Əmlak eksperti Nofəl Quliyev yeni il qabağı kirayə qiymətlərindən də danışıb. O, bildirir ki, adətən bayram qabağı kirayə bazarında qiymətlərdə canlanma baş verir.
Əmlak eksperti onu da qeyd edir ki, paytaxtın mərkəzi yerlərində yaşayan və kirayə qiymətlərinin bahalaşdığını görən sakinlər evlərini kirayə verib özləri şəhər kənarında yaşamağa üstünlük verirlər. Turist axınının çoxalması paytaxtda xüsusilə günlük və ya həftəlik evlərə olan təlabatın artmasına da səbəb olub. Buna görə də ev sahiblər artıq aylıq deyil, həftəlik qazanc əldə etməyə üstünlük verirlər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












