Geniş yollarda və dairələrdə tıxac belə yaranır - Hamının marağına səbəb olan - VİDEO

Yollarda yaranan tıxaclar bəzən gözlənilməz səbəblərdən qaynaqlanır. Sosial şəbəkələrdə yayılan və sürücülərin marağına səbəb olan bir videoda bunun real nümunəsi əks olunub.
Avtosfer.az xəbər verir ki, kadrlarda 40 kilometr-saat sürətlə hərəkət edən avtomobillərdən birinin sürücüsünün gərəksiz yerə tormoz verməsi nəticəsində dairəvi yolda necə zəncirvari tıxacın yarandığı göstərilir.
Bu cür tıxaclar "dalğa effekti" və ya "Fantom tıxac" adlanır. Yolda bir sürücünün qəfil sürəti azaltması və ya tormozlaması arxadan gələn digər avtomobillərin də reaksiya verməsinə səbəb olur. Bu reaksiya zəncirvari şəkildə davam edir və nəticədə heç bir konkret maneə olmadan böyük tıxaclar yaranır.
Ekspertlər bildirir ki, bu cür tıxacların qarşısını almaq üçün sürücülər yol hərəkətində daha diqqətli olmalı, qəfil əyləcdən çəkinməli və axıcılığı qorumağa çalışmalıdırlar. Əks halda, bir avtomobilin ani və gərəksiz tormoz verməsi bütöv yol hərəkətini iflic edə bilər.
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












