Halı pisləşən avtobus sürücüsü ağır qəza törətdi; 4 nəfər öldü - VİDEO

Sükan arxasında halı pisləşən avtobus sürücüsü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində baş verən faciəvi yol-nəqliyyat hadisəsi müşahidə kamerası tərəfindən qeydə alınıb.
Belə ki, hərəkətdə olan sərnişin avtobusu qəfil idarəetmədən çıxaraq əvvəlcə avtomobillə toqquşub. Zərbənin təsirindən istiqamətini dəyişən avtobus səkidə dayanan piyadaların üzərinə hərəkət edib. Ardınca da şəhərin tanınmış məbədlərindən biri olan "Böyük Zlatoust" kilsəsinə çırpılıb.
Qəza nəticəsində biri uşaq olmaqla 4 nəfər həyatını itirib, daha bir neçə dəfə xəsarət alıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə dərhal xəstəxanalara təxliyə edilib və hazırda onlara zəruri tibbi yardım göstərilir.
Hadisədən sonra avtobusun sürücüsü ilkin ifadəsini verib. O, qəzaya qəfil baş ağrısı və görmə qabiliyyətinin pisləşməsinin səbəb olduğunu bildirib: "Qəfil şiddətli baş ağrısı tutdu və gözlərim qaraldı. O an çaşqınlıqdan əyləc əvəzinə qaz pedalına basdım".
Hazırda faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri və sürücünün sükan arxasına keçməzdən əvvəlki tibbi vəziyyəti yoxlanılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












