Hansı ehtiyat hissələrini ikinci əl almaq məsləhət deyil? – Mütəxəssis AÇIQLADI - VİDEO

Son vaxtlar avtomobil sahibləri arasında ikinci əl ehtiyat hissələrinin alınması geniş yayılıb. Bəzi detalların yenisinin bahalı olması və ya bazarda tapılmaması sürücüləri alternativ yollara yönəldir. Lakin ekspertlər bildirirlər ki, bütün hissələri ikinci əl almaq mümkün və təhlükəsiz deyil. Bu səbəbdən mövzu ilə bağlı şəffaf və aydın izaha ehtiyac var.

Məsələ ilə bağlı avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a müsahibəsində ikinci əl ehtiyat hissələri haqqında fikirlərini bölüşüb. Bildirib ki, elə ehtiyat hissələri var ki, ikinci əl çeşidinin istifadəsi qeyri-mümkündür:
“Məsələn, filtrlər. Filtrlər aydındır ki, ikinci əli olmaz. Bu detalla müəyyən müddətdən sonra sıradan çıxır və ya alışma şamları və əyləc qəlibləri. Bunun ikincisinin heç bir əhəmiyyəti yoxdur. Mütləq şəkildə yenisi olmalıdır.
İkinci əl ehtiyat hissələri gövdəyə aid olan listlər ola bilər. Burada əgər çürümə baş verməyibsə, problem yoxdursa, siz onu rahatlıqla yerləşdirə bilərsiniz, heç bir maneə yoxdur.
Elektronikaya aid olan hissələr də ikinci əldirsə, onu istifadə eləmək olar. Bunun da belə bir problemi yoxdur.
İşlək hissələrdə olan, məsələn, sükan mexanizmidir, qollardır… Bunlar artıq işləmə prosesində yeyilə bilən detallardır. Olsun mühərrikin özü, ötürmələr qutusu, differensia. Bunlar işləmə prosesində yeyilən hissələrdir. Bunu artıq alanda fikir vermək lazımdır ki, bu nə qədər yaşayıb və bundan sonra nə qədər yaşaya bilər”.
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












