İkinci əl avtomobillərə tələb artıb - VİDEO
Hazırda avtosalonlarda cəmi bir neçə ay sürülmüş avtomobillər var ki, onların satış qiyməti təzələrindən hiss ediləcək dərəcədə ucuzdur. Avtomobilin dəyəri artıqca qiymətlər arasindakı fərq də artır. Mütəxəssislər belə avtmobilləri almağı tövsiyə etsələr də, diqqətli olmağı məsləhət görürlər. Çünki fırıldaqçıların qurbanına çevrilə bilərsiz. Avtosfer.az-ın məlumatına görə, hazırda paytaxtda ikinci əl avtomobil satan salonlara tələb kifayət qədər çoxdur. Məsələn, avtomobillərdən birinin istehsal ili 2018-dir. Təzəsinin qiyməti 180 min dollar olduğu halda, bu, bir neçə ay sürülüb və cəmi 210 km. yol qət edib. Qiyməti isə 155 min dollardır. Yəni təzəsindən 25 min dollar uzuc, həm də zəmanəti var. Avtomobil ustası Sahil Ağabəyli də təzəsini almaqdansa, pula qənaət məqsədilə az istifadə edilən avtomobilləri almağı tövsiyə edir. Ancaq sürücülərin aldana biləcəyini və ona görə də mütləq zəmanəti olan avtomobillərə üstünlük vermələrini məsləhət görür. Avtomobil bazarını araşdıran Sərxan Qədirov isə deyir ki, ölkəmizdə Koreya və Yaponiya istehsalı olan avtomobillərin satışı geniş yayıldığı üçün bu kimi hallar həmin avtomobillərdə daha çox müşahidə edilir. Onu da qeyd edək ki, belə avtomobillərə tələb böyük olduğundan onları tapmaq da asan olmur.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












