“Kupça”sı olmayan evlərə görə əmlak vergisi ödənilirmi? – Nazirlikdən açıqlama - VİDEO
Çıxarışsız mənzilləri satan zaman vergiyə cəlb etmək mümkün olmur. Bu isə ilin təkcə ötən 9 ayı ərzində dövlət büdcəsinə 52 milyon manat vəsaitin vergi kimi daxil olmasına maneçilik yaradıb. Ekspertlər məsələnin qısa zamanda həll edilməsinin büdcəyə də müsbət təsir edəcəyini düşünürlər. Çıxarışı olmayan mənzillərin sayının artması artıq Vergilər Nazirliyini də ciddi şəkildə narahat etməyə başlayıb. Buna səbəb çıxarışı olmayan mənzillərin alqı-satqı zamanı vergidən kənarda qalmasıdır. Vergiyə cəlb olunmayan bu vəsait isə on milyonlarla manatla ölçülür.
Avtosfer.az-ın məlumatına görə, Vergilər Nazirliyinin rəsmi orqanında dərc edilmiş bir məqalədə qeyd olunur ki, Bakıda və digər şəhərlərdə mənzillərin böyük bir qisminin mülkiyyət sənədləri yoxdur. Çıxarış sənədi olmayan mənzillər isə həm vətəndaşlar üçün problem yaradır, həm dəmənzil satışının vergidən kənarda qalmasına gətirib çıxarır. Vergidən kənarda qalan vəsait isə 9 ay ərzində 52 milyon manatdır. Əmlak eksperti Ramil Osmanlı deyir ki, Bakıda çıxarışı olmayan xeyli sayda bina var.
Ramil Osmanlının sözlərinə görə, çıxarışsız mənzillərin alqı-satqısı prosesində notariuslar iştirak etmədiyindən qeydiyyat rəsmiləşdirilmir və nəticədə satışa görə vergi tutmaq mümkün olmur...
Vergilər Nazirliyinin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində notariuslar tərəfindən mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısından dövlət büdcəsinə təxminən 28 milyon manat vergi ödənilib. Əslində isə həmin dövr ərzində mənzillərin sahəsinə görə ödənilən vergi 70 milyon manat olmalı idi. Bu isə o deməkdir ki, alqı-satqı olunan mənzillərin 60 faizini vergiyə cəlb etmək mümkün olmayıb.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












