Maşın nömrələri hərrac yolu ilə satılacaq -YENİLİK - VİDEO

Yaxın gələcəkdə avtomobillər üçün xüsusi düzülüşlü dövlət qeydiyyat nişanları hərrac yolu ilə satılacaq. Avtosfer.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, 001, 100, 111 kimi rəqəmləri olan dövlət nömrə nişanları üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulurdu. Dəyişiklikdən sonra həmin xüsusi dövlət rüsumu ləğv edilir.
"Dövlət rüsumu haqqında" qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Təkcə qeyd edilən üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satıla biləcək.
Ərşad Hüseynov bildirib ki, yeniliklər oktyabr ayından sonra icra oluna bilər.
"Dövlət rüsumu haqqında" qanuna edilən digər bir dəyişikliyə əsasən isə, adi nömrələr üçün nəzərdə tutlan 22 manat rüsum artırılaraq 35 manat olacaq.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












