Maşının mühərrikindən 100 min kilometr məsafədən sonra niyə qəribə səslər gəlir? – SAHİL USTA - VİDEO

Uzun müddətdir sürücülər arasında tez-tez rast gəlinən şikayətlərdən biri də avtomobil bir müddət işlədikdən sonra mühərrikin səsinin nəzərəçarpacaq dərəcədə artmasıdır.
Avtosfer.az xəbər verir ki bu hal həm yeni, həm də uzun müddət istifadə olunmuş nəqliyyat vasitələrində müşahidə oluna bilər. Səsin artması isə təkcə narahatlıq yaratmaqla kifayətlənmir, həm də mühərrikdə və ya onun ətraf sistemlərində hansısa nasazlığın xəbərçisi ola bilər.
.jpg)
Mövzu ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobil zavoddan yeni çıxdıqda, adətən ilk 100.000 kilometrə qədər mühərrikdə qeyri-adi səslər eşidilmir.
“Lakin bu mərhələdən sonra mühərrikdə səslərin artması müşahidə oluna bilər. Bu da əsasən texniki aşınmalarla bağlıdır. Mühərrikin hissələri arasında yaranan boşluqlar və məsafələrin artması nəticəsində səslər əmələ gəlir. Digər mühüm səbəblərdən biri isə mühərrik yağının düzgün seçilməməsidir. Sürücülər bəzən zavodun tövsiyə etdiyi yağ əvəzinə daha ucuz və uyğun olmayan yağlardan istifadə edirlər. Bu isə mühərrikin qeyri-müntəzəm işləməsinə və əlavə səslərin yaranmasına səbəb olur”.
Sahil usta qeyd edib ki, istifadə olunan yanacağın keyfiyyəti də mühərrik səsinə təsir edir.
“Zavod göstəricisi “premium” çeşid (95 oktan və yuxarı) yanacaq tələb edən avtomobillərə 92 oktanlı benzin vurulması nəticəsində mühərrikdə detonasiya yaranır və bu da səsin artmasına gətirib çıxarır.
100.000 kilometrdən sonra mühərrikin səssiz və problemsiz işləməsini təmin etmək üçün qatqılardan istifadə etmək olar. Xüsusilə “keramo ester” adlı qatqı mühərrikin daxilindəki aşınmış hissələrdə keramika təbəqəsi yaradaraq cızıqları və sürtünməni azaldır. Bu isə mühərrik səsini minimuma endirməyə kömək edir. Bu mərhələdən sonra sürücünün edə biləcəyi tədbirlər məhduddur. Ən yaxşı nəticə üçün vaxtında texniki qulluq, düzgün yağ və yanacaq seçimi əsas şərtlərdən biridir”.
Fidan
Qubada baş vermiş qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB - VİDEO
Amalın anası Prezident İlham Əliyevə müraciət etdi: “GÜNAHKAR CƏZASINI ALSIN” - VİDEO
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq dövrü başlayır – “Bolt”dan AÇIQLAMA - VİDEO
Ayaqlarını maşının pəncərəsindən sallayan sərnişin CƏZALANDIRILDI - VİDEO
Avtomobil ödəniş məntəqəsinə çırpıldı; ölən və xəsarət alanlar var - ANBAAN VİDEO
Sürət həddini aşan sürücü ağır qəza törətdi: 5 nəfər həyatını itirdi - ANBAAN VİDEO
Qaydaları saymayan motosiklet sürücüsü iki sərnişinlə qırmızı işıqdan keçdi - VİDEO
Novxanıda qadın sürücü yolu keçən piyadaları vurdu - VİDEO
Saatda 180 km sürətlə “təcili yardımla” toqquşdu; 5 nəfər xəsarət aldı - VİDEO
Qadın sürücü işıqforun yaşıl işığında ləngidi; yola zibil atdı – 77-YU-986 - VİDEO
Moped sürücüsü qaydaları saymadı; ciddi təhlükə yaradırlar - VİDEO










