“Mən atlarla nəfəs alıram”: Maşınla yarışan 9 yaşlı qız DANIŞDI – VİDEO
Hər kəs sosial şəbəkələrdə videosu yayılan bu azərbaycanlı qızdan danışır. Söhbət Sumqayıt şəhərində yaşayan 9 yaşlı Gülay Fərzəliyevadan gedir. Onun at belində maşınla yarışa çıxdığı görüntülər şəbəklərdə izlənmə rekordu qırıb.
Avtosfer.az xəbər verir ki, arbtv hər kəsin marağına səbəb olan görüntülərin qəhrəmanını tapıb və onun bu addımının səbəblərini öyrənib.
Gülay Fərzəliyeva – At həvəskarı: “Mən atlarla nəfəs alıram. Atlar mənim ən yaxın dostumdur. İstəyirəm ki, yarışda iştirak edim”.
Sumqayıtda yaşayan qızcığaz at çapmağı ilə hər kəsi heyran qoyub. O, 4 yaşından at çapır.
Balaca qızcığazın etdiyi hərəkətlər böyük maraq doğurur. O, istənilən atı rəqs elətdirə bilir. Üstəlik, onun at belində başıaşağı akrobatik hərəkətini görənlər təəccübünü gizlədə bilmirlər. Gülay, bu məharətini ARB telekanalı üçün də nümayiş etdirdi.
Gülay at çapmağı nə qədər çox sevsə də, heç də bütün vaxtını buna sərf etmir. O, həm də dərslərində yaxşı nəticələr göstərir. Gülayın böyük arzusu professional atçılıq yarışlarında iştirak etməkdir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












