Məşhur yarışda şok anlar: rəqibə qarşı əxlaqsız hərəkət – VİDEO
Dünyanın ən nüfuzlu motoçempionatı sayılan "Moto2"nin San-Marino Qran-Pri mərhələsində (San Marino MotoGP) biabırçı olay yaşanıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, italyan motosikletçi Romano Fenati yarış zamanı döngədə rəqibi Stefano Manzinin motosikletinin əylənc rıçaqını sıxıb. Bəxti gətirən Manzinin baykı aşmayıb və o, ağır qəzaya uğramayıb. R.Fenati isə 2 yarışlıq diskvalifikasiya ilə cəzalanıb. Bu səbəbdən o, İspaniyanın Araqon əyalətində və Taylandda keçiriləcək "Moto2" mərhələlərinə qatıla bilməyəcək. Bir neçə il əvvəl R.Fenati tərbiyəsiz davranışına görə VR46 akademiyasından qovulmuşdu. 2015-ci ildə Argentina Qran-Pri yarışında isə o, Niklas Ayonu təpiklədiyi üçün 3 cərimə xalı ilə cəzalanmışdı. Romano Fenati gələn ildən etibarən "MV Agusta" komandasının heyətində çıxış edəcək. Əfsanəvi motosikletçi Kel Kratçlou dünən bəyanat yayaraq R.Fenatinin yarışlardan ömürlük kənarlaşdırılmasını tələb edib. Motoyarış ekspertlərpi Fenatinin davranışını "əxlaqsız hərəkət" kimi dəyərləndiriblər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












