Metroda ayaqlarını aralayıb oturanlar peşman edildilər – VİDEO
İctimai nəqliyyatda kişilərin ayaqlarını aralayaraq oturmaları çox pisdir, iyrəncdir. Bu, menspredinqdir. Mən də ictimai nəqliyyatda maçizmin belə təzahürünə qarşı mübarizə aparıram. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan, yerli universitetin hüquq fakultəsində təhsil alan məşhur bloqer və ictimai fəal Anna Dovqalyuk ictimai nəqliyyatda ayaqlarını aralayaraq oturanlara qarşı aksiya keçirib. O, "Ayaqlarını araladın? Al, gəldi!" ("Spread your legs? Here you go!" adlandırdığı videomanifestini YouTube-dakı kanalında yerləşdirib. Videoya indiyədək 850 mindən artıq insan baxıb. Anna Dovqalyuk dostları ilə birlikdə Sankt-Peterburq metrosuna yollanıb, vaqonlarda ayaqlarını aralayaraq oturanların üzərinə içində ağardıcı məhlul olan butulkadakı məhlulu tökməyə başlayıb. Anna Dovqalyukun dediyinə görə, "ictimai nəqliyyatda özünə birdən artıq yer tutmağa çalışanların maçizmi, alfa-erkəklik mərəzinə qarşı mübarizə məqsədilə aksiya keçirib". Problem Azərbaycanda da var. Metroda, avtobusda ayaqlarını aralayıb oturan kişilərimiz az deyil. Bu, mədəniyyətsizlik olmaqla yanaşı, Qərbdə "manspreading" adlanan yolverilməz olay, gender bərabərliyinin pozulmasıdır. Bir çox ölkələrdə "manspredinq", yəni kişinin ictimai nəqliyyatda ayağını aralayaraq oturması xuliqanlıq, İran, Sinqapur, Yaponiya, Cənubi Koreya və Kanadada isə cinayət sayılır. Məsələn, Nyu-York və ya Los-Ancelesdə belə kişi 75 dollar məbləğində cərimələnir. İranda isə 2 aydan 4 ayadək həbs olunur. Bəs siz bu barədə nə düşünürsünüz?!
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












