Moskvada 2 azərbaycanlı azarkeş taksinin altında qaldı - VİDEO
Rusiyanın paytaxtı Moskvada taksi sürücüsü idarə etdiyi avtomobili qəfildən səkidən keçən azarkeş dəstəsinin üzərinəs ürüb. Sport7-nin verdiyi xəbərə görə, hadisə nəticəsində çoxsaylı xəsarət alanlar olsa da, xoşbəxtlikdən ölən olmayıb. Sosial şəbəkələrdə hadisənin video kadrları yayılıb. Videodan da göründüyü kimi, ətrafdaki insanlar dərhal sürücüyə hücum çəkir, o isə qaçmağa başlayıb. Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsindən yayılan rəsmi məlumata görə, sürücü Qırğızıstan vətəndaşı Çingiz Anarbek olub. Onun 2013-cü ildən sürücülük vəsiqəsi olsa da, Moskvada bir ay olar ki, taksi sürücüsü işləyir. Srücünün bildirdiyinə görə, hadisəyə səbəb onun sükan arxasında yuxulaması olub. O, 20 saat yuxusuz olduğunu bildirib.
Hadisə nəticəsində xəsarət alanlar Rusiya, Azərbaycan, Meksika və Ukrayna vətəndaşları olub. Xəsarət alan Azərbaycan vətəndaşları iki nəfər olub. Onların adları və xəsarət səviyyəsi barədə ətraflı məlumat verilmir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












