Nazirdən şad xəbər: Pensiyalar 35 faiz artacaq - VİDEO
2019-cu ildən 45 min pensiyaçının təqaüdləri 35 faizdən çox artacaq. Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir şəhid vərəsələrinə birdəfəlik ödənişlərlə bağlı heç bir problemin olmadığını da bildirib. O, özünəməşğulluq proqramı vasitəsilə gələn il 8 min insanın dövlət dəstəyi ilə öz biznesini qura biləcəyini də vurğulayıb.
Gələn ildən 45 min pensiyaçının təqaüdləri əhəmiyyətli dərəcədə artacaq. Avtosfer.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bunu mətbuat konfransında açıqlayıb.
Nazir indiyədək 224 şəhidin 300-dək vərəsəsinə artıq birdəfəlik ödənişlərin verilməsi bağlı işlərin yekunlaşdığını bildirib. Nazir ilin sonuna qədər dövlət başçısının bu il üçün ayırdığı 58 milyonluq vəsaitin böyük hissəsinin aidiyyatı üzrə şahid vərəsələrinə veriləcəyinş deyşb.Sahil Babayev nazirliyə daxil olan şikayətlərin və onların araşdırmasının nəticələrinin də açıqlayıb.
Özünəməşğulluq proqramından danışan Sahil Babayev bu proqramın əhatə dairəsinin bu il 6 dəfə artırıldığını açıqlayıb. Nazir bunun nəticəsində hər il 7 min nəfərdən çox sahibkarın yeni işinə başlamasının ölkədə işsizliyin aradan qaldırılmasında önəmli rol oynayacağına diqqət çəkib.
Pensiya sisteminin tam avtomalaşdırılacağını deyən nazir Sahil Babayev hazırkı vəziyyətdə bu işin həyata keçirilməsi üçün lazım olan 2 ay müddətin cəmi bir neçə dəqiqəyə qədər azaldılacağına diqqət çəkib. O, bu yolla vətəndaşların evdən bayıra çıxmadan pensiya təyinatı ilə bağlı məlumat alacaqlarını vurğulayıb.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












