Neftbazanın keçmiş baş direktorunun nəvəsi “BMW X6” ilə gənc qızı vurdu - VİDEO

Rusiyada oliqarxın nəvəsi “BMW X6” ilə gənc qıza ağır xəsarətlər yetirib.
Avtosfer.az xəbər verir ki, hadisə Moskva vilayətinin Noginsk şəhərində baş verib. Bu barədə “Telegram 112” kanalı məlumat yayıb.
Bildirilir ki, “Martın 22-də Dekabristov küçəsində “Neft-Servis” neft bazasının mərhum baş direktoru Leonid Tarasenkonun nəvəsi Nikita Tarasenko yüksək sürətlə idarə etdiyi “BMW X6” markalı avtomobil “Lada” ilə toqquşub. Zərbədən təsirindən idarəetmədən çıxan “X6” yol kənarında dayanmış 19 yaşlı qızı vurub.
Hadisə nəticəsində qız ağır bədən xəsarətləri alıb və hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar.
Hadisə şahidləri Nikita Tarasenkonun daim yol hərəkəti qaydalarını pozduğunu, sərxoş vəziyyətdə və dövlət nömrə nişanı olmadan avtomobil idarə etdiyini iddia edirlər.
Qeyd edək ki, “Neft-Servis” neft bazasının baş direktoru Leonid Tarasenko 2017-ci ildə vəfat edib.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












