Nəvələrini baqajda daşıyan baba saxlanıldı və cərimələndi - "Üzr istəyirəm" - VİDEO

Sürücü bu dəfə avtomobilin yük yerinə hər hansı bir əşya yox, üç azyaşlını mindirib. Avtosfer.az xəbər verir ki, uşaqların həyatını təhlükəyə atan sürücü bu vəziyyətdə yolda bir neçə kilometr hərəkətdə olub. Azyaşlıları avtomobilin yük qoyulan hissəsində aparır. Görüntüləri hadisəyə şahid olan sürücülərdən biri çəkərək göndərib. Sürücünün sözlərinə görə, o, həmin kadrları Şəmkirdə çəkib. Kadrlardan aydın olur ki, 57 BH 291 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə 3 azyaşlı oğlan uşağını mindirib. O, hətta uşaqlara hava gəlsin deyə yük qapısını açıq qoyub. Bu da azyaşlılar üçün təhlükənin nə qədər böyük olmasından xəbər verir. Uşaqlar isə arxadan gələn sürücünün onları çəkdiyini görən kimi əl etməyə başlayırlar. Qaydaları kobud şəkildə pozan sürücü bu şəkildə bir neçə kilometr yol gedir.
Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, dünən həmin sürücü Şəmkir rayonu ərazisində saxlanılıb və barəsində cərimə protokolu tərtib edilib. Sürücü bildirib ki, baqajda daşıdığı uşaqlar nəvələridir. O, əməlindən peşman olduğunu deyib və buna görə üzr istəyib.
Emin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












